Futbol üzrə İngiltərə Premyer Liqasında 2025/2026-cı illər mövsümünün təqvimi açıqlanıb.

"Unikal" xəbər verir ki, ölkə çempionatı avqustun 15-də "Liverpul" - "Bornmut" matçı ilə start götürəcək.

Sonuncu - 38-ci turun görüşləri isə 2026-cı il mayın 24-də keçiriləcək.

Premyer Liqada ümumilikdə 380 qarşılaşma oynanılacaq.

I turun təqvimi

15 avqust

"Liverpul" - "Bornmut"

16 avqust

"Aston Villa" - "Nyukasl"

"Brayton" - "Fulhem"

"Nottingem Forest" - "Brentford"

"Sanderlend" - "Vest Hem"

"Tottenhem" - "Börnli"

"Vulverhempton" - "Mançester Siti"

17 avqust

"Çelsi" - "Kristal Pelas"

"Mançester Yunayted" - "Arsenal"

18 avqust

"Lids Yunayted" - "Everton"

Qeyd edək ki, ötən mövsüm İngiltərə Premyer Liqasının qalibi "Liverpul" komandası olub.