Gəncədə 15 yaşlı yeniyetmə oğlan intihar edib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Mahrasa bağı adlanan yaşayış massivində baş verib. Belə ki, sözügedən ərazidə yerləşən avtomobil təmir sexində 2010-cu il təvəllüdlü Niftəliyev Ümid Ramil oğlu özünü asıb. Onun meyiti qardaşı tərəfindən asılmış vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə polis  və prokurorluq əməkdaşları cəlb olunub.

İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil. Məlumata görə, intihar edən yeniyetmə sözügedən avtomobil təmir sexində qardaşının yanında usta köməkçisi işləyirmiş.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov