Bu ilin yanvar-may aylarında Azərbaycanda 549,3 min ton avtomobil benzini istehsal edilib.
"Unikal" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 65,7 min ton və ya 10,7% azdır.
Belə ki, ötən ilin yanvar-may aylarında ölkədə 615 min ton avtomobil benzini istehsal olunmuşdu.
Bu ilin iyunun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 53,1 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2,036 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz azalıb.