İsrail Hərbi Hava Qüvvələri Tehranın İranın ali dini lideri Əli Xameneinin bunkerinin yerləşdiyi bölgəni bombalayır .
"Unikal" xəbər verir ki, bu barədə İsrailin "Kanal 9" telekanalı məlumat dərc edib.
İDF sözçüsü həmçinin bildirib ki, IAF hazırda Tehran ərazisində İran rejiminin hərbi obyektlərini hədəfə alır.
****
İranın paytaxtı Tehranın şərq hissəsində partlayışlar baş verib.
"Unikal" xəbər verir ki, bu barədə "Nour News" agentliyi məlumat dərc edib.
"Tehranın şərqində bəzi ərazilərdə partlayış səslərinin eşidildiyi bildirilir ", - məlumatda deyilir.
İyunun 18-də səhər saatlarında İranın hüquq-mühafizə orqanları Tehranın cənub ətrafı olan Rey şəhərində naməlum şəxslər tərəfindən planlaşdırılan silsilə terror aktlarının qarşısını alıblar.
Gülayə Mecid