İranın beş ədəd AH-1 (kobra) hücum helikopteri İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri tərəfindən vurulub.
"Unikal" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Qeyd olunub ki, səhər saatlarında Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr İran səmasında uçmağa və hücum üçün hədəfləri tapmağa davam edib: "Hərbi Hava Qüvvələri Kirmanşah bölgəsindəki hərbi bazada olan 5 İran AH-1 hücum helikopterini müəyyən edib və onlara hücum edib.
Bu helikopterlər İran səmasında fəaliyyət göstərən Hərbi Hava Qüvvələrinin təyyarələrinə hücum etmək üçün nəzərdə tutulub və buna görə də onlara hücum edilib".
Ağarza Elçinoğlu
🇮🇱⚔️🇮🇷 İsrail təyyarələri bu gün səhər saatlarında Kermanşah hava bazasında İrana məxsus 5 AH-1 helikopterini bombalayıb.#ısrael #Iran #war #Nuclear pic.twitter.com/tDA51SLhmO
— Unikal.az (@UnikalOrgPortal) June 18, 2025