İsrail-İran müharibəsi altıncı gününə qədəm qoyub. Sərhədin sıfır nöqtəsində qanunsuz keçidlərin qarşısının alınması üçün Türkiyə tərəfi təhlükəsizlik tədbirlərini gücləndirib. Milli Müdafiə naziri Yaşar Gülər və komandanlıq bölgəyə gedib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
İranla 295 kilometr sərhədi olan Vandakı sərhəd xətti termal kameralarla gecə-gündüz izlənilir.
Hadisələr fonunda bu gün Milli Müdafiə naziri Yaşar Gülər və Türkiyə Silahlı Qüvvələri Komandanlığı bölgəyə gedib.
Gülər Baş Qərargah rəisi ordu generalı Metin Gürak, Quru Qoşunlarının komandanı ordu generalı Səlcuq Bayraktaroğlu və Hərbi Hava Qüvvələrinin komandanı general Ziya Camal Kadıoğlu ilə birlikdə Vana gedib.
Gülər sərhəddə təhlükəsizlik tədbirlərinin artırıldığını bildirib: "Qonşumuz İranda baş verən son hadisələrlə əlaqədar sərhədlərimizdə təhlükəsizlik tədbirləri artırıldı".
Ağarza Elçinoğlu