Gürcüstan gömrükçüləri Ermənistandan daxil olan yük maşınında 300 kq-a yaxın heroin aşkar ediblər.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Yükün Batumi vasitəsilə Avropaya daşınmasının nəzərdə tutulduğu aşkar edilib. 

Gömrükçülər yük maşınının qoşqusuna ətraflı baxış keçirən zaman kərpicə oxşayan 600 ədəd plastik qab aşkar ediblər. Onların içərisində 85 milyon lari (31 milyon dollar) dəyərində 298 kq heroin olub.

Yük maşınının sürücüsü Gürcüstan vətəndaşı olub. Onu 20 ilə qədər və ya ömürlük həbs gözləyir.

Ağarza Elçinoğlu