İrandan Azərbaycana 29 İtaliya vətəndaşı təxliyə edilib.
"Unikal" xəbər verir ki, bu barədə İtaliya xarici işlər naziri və baş nazirinin müavini Antonio Tayani açıqlayıb.
"29 soydaşımız Azərbaycan üzərindən İranı tərk edib. Tehran və Bakıdakı səfirliklərimizə müstəsna işlərinə görə təşəkkür etmək istəyirəm.
Biz regionda italyanların təhlükəsizliyini təmin etmək üçün işi davam etdiririk", - nazir qeyd edib.
Ağarza Elçinoğlu