Şabranda avtomobil ustası bədbəxt hadisə nəticəsində ölüb.
"Unikal" xəbər verir ki, hadisə rayonun Sincanboyad kəndindəki avtomobil təmiri sexində baş verib.
Sexdə usta işləyən 54 yaşlı Ədalət Nəcəfov "Mercedes" markalı yük avtomobilini təmir edərkən nəqliyyat vasitəsi qurğudan sürüşərək divara çırpılıb.
Hadisə nəticəsində usta yük avtomobili ilə divar arasında qalaraq həyatını itirib.