Bu ilin yanvarında rüşvətxorluq və korrupsiya ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilən ABŞ-nin keçmiş senatoru Bob Menendez həbsxanaya göndərilib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat dərc edib.
Bildirilir ki, ABŞ Apellyasiya Məhkəməsi Menendezin girovla bağlı müraciətini rədd edib. Rüşvət və korrupsiyada təqsirli bilinən 71 yaşlı Menendez bu gün həbsxanaya təslim olub. ABŞ liderİ Donald Tramp əfv etməsə və ya cəzanı yüngülləşdirməsə, onu 11 il həbs gözləyir.
Menendez həbsdə olduğu müddətdə mətbuata açıqlama verə biləcək. Ona hər ay təxminən 300 dəqiqə telefonla danışmağa icazə veriləcək və e-poçta da giriş imkanı veriləcək.
Xatırladaq ki, Menendez Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri olduğu dövrdə fəal ermənipərəst mövqeyi və anti-Azərbaycan fəaliyyəti ilə diqqət çəkib.
Gülayə Mecid