ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Qiyamət təyyarəsi" kimi tanınan Boeing E-4B Gecə Gözətçisi Yaxın Şərqdə gərginliyin artması fonunda Merilend ştatındakı Endryus Hərbi Hava Qüvvələri bazasına gəlib.

"Unikal" xəbər verir ki, təyyarə Bosger City-dən saat 17:56-da havaya qalxıb, sahil boyu uçub, Virciniya-Şimali Karolina sərhədi ətrafında dövrə vurub və 22:01-də Endryus Hərbi Hava Qüvvələri bazasına eniş edib.

"Boeing E-4B Nightwatch" nüvə münaqişəsi halında ABŞ-nin yüksək səviyyəli komandirləri üçün hava-desant komanda məntəqəsidir.

Qeyd edək ki, nüvə müharibəsi üçün istehsal edilmiş "Boeing E-4B" təyyarəsi ABŞ prezidenti və ölkə rəhbərliyinin qorunması üçün nəzərdə tutulub. Bu uçaq həftələrlə səmada qala bilər.

Sonuncu dəfə “Qiyamət təyyarəsi” 11 sentyabr 2001-ci ildə Vaşinqtona enmişdi.