Mozdok şəhərində qəzada həyatını itirən Tural Ağalarovla bağlı bəzi təfərrüatlar məlum olub.
"Unikal"ın əldə etdiyi məlumata görə, T. Ağalarovla birlikdə 5 nəfərin olduğu minik avtomobilinə arxadan TIR çırpılıb. Zərbənin təsirindən avtomobil qarşıdakı yük maşınına dəyib. Hadisə nəticəsində maşında olan 5 nəfərdən 4-ü yerindəcə ölüb. Salyan sakini ağır yaralı şəkildə xəstəxanaya yerləşdirilib.
10 gün komada olan Turalın həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, T. Ağalarov subay olub, onu anası Nabat Ağalarova Salyan Rayon Mərkəzi Xəstəxanasında Dialez şöbəsinin həkimidir.
Gülayə Mecid
***10:26
Azərbaycanlı gənc Rusiya Federasiyasının Şimali Osetiya Respublikasında qəzada həyatını itirib.
"Unikal" xəbər verir ki, bu barədə yaxınları sosial şəbəkədə məlumat paylaşıb.
Bildirilib ki, hadisə Mozdok şəhəri yaxınlığında baş verib.
Qəza zamanı Salyan rayon sakini, 33 yaşlı Tural Ağalarov ölüb.