Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionları Həbib Nurməhəmmədov və İslam Maxaçev Bakıya gəliblər.

"Unikal" xəbər verir ki, onlar Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi UFC turniri ilə bağlı ölkəmizə səfər ediblər.

Qeyd edək ki, UFC turniri iyunun 21-də Bakı Kristal Zalında təşkil olunacaq.