İyunun 20-21 tarixlərində Bakıda keçirilən “Qaydasız döyüş” (UFC) turnirində təhlükəsizlik polis əməkdaşları tərəfindən təmin olunur.  Tədbirin keçirildiyi arenaya gələn azarkeşlər—iştirakçılar yoxlanılmaqla qadağan olunan əşyaların keçirilməsinə icazə verilmir. 

DİN-in Mətbuat Xidmətindən "Unikal"a bildirilib ki, qadağan olunmuş əşyaların siyahısı barədə tədbirin keçiriləcəyi məkanda məlumat lövhələri quraşdırılıb. 

Turnir zamanı şüşə və metal qablar, kəsici-deşici alətlər, dəyənəklər, fişənglər və partlayıcı maddələr, səsgücləndirici qurğular arenaya buraxılmır.

Turnirin təhlükəsiz və uğurlu keçirilməsi üçün zəruri tədbirlər diqqətdə saxlanılır.