Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdəki xarici diplomatlarla Qarabağa səfərinin yekununa dair paylaşım edib.
"Unikal" xəbər verir ki, Hikmət Hacıyev öz "X" hesabında bununla bağlı təəssüratlarını bölüşüb.
"Diplomatik korpusla Laçın-Şuşa-Ağdama səfərimiz Ağdam-Bakı qatarına minməzdən əvvəl Ağdam dəmiryolu vağzalının qarşısında ailə fotiosunun çəkilməsi ilə başa çatdı", - deyə o, paylaşımda bildirib.
Xatırladaq ki, Azərbaycanda akkreditə olunmuş diplomatlar və hərbi attaşelər qrupu Qarabağ və Şərqi Zəngəzur regionuna iki günlük səfər ediblər.
Our trip with the diplomatic corps to Lachin-Shusha-Agdam comes to an end with the family photo in front of Agdam railway station before to embark on a Agdam-Baku train. pic.twitter.com/05VEVMy1vv
— Hikmet Hajiyev (@HikmetHajiyev) June 21, 2025