ABŞ prezidenti Donald Tramp İranla münaqişə fonunda neftin qiymətinin qalxmasının qarşısını almağa çağırıb.

"Unikal" xəbər verir ki, bu abrədə o, "Truth Social" sosial şəbəkəsində yazıb. 

"Hamı, neftin qiymətini aşağı tutsun. Mən izləyirəm! Düşmənin əlinə oynayırsınız. Bunu etməyin", - deyə o yazıb.

O, həmçinin ABŞ Energetika Nazirliyinə “qazma işləri aparmağı” tapşırıb.