Polşa vətəndaşı Ukrayna prezidenti Volodimir Zelenskiyə sui-qəsd planlaşdırıb.
"Unikal" xəbər verir ki, bunu Polşanın daxili işlər və administrasiya naziri, ölkənin xüsusi xidmət orqanlarının koordinatoru Tomaş Semonyak sosial şəbəkədə yazıb.
"Ukrayna prezidentinə sui-qəsd cəhdinin qarşısının alınması ilə bağlı iş 2024-cü ilin aprelində baş verib və bu iş belə planları olan və Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəhd edən Polşa vətəndaşının saxlanması və həbsi ilə başa çatıb", - deyə Semonyak yazıb.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları bu işlə bağlı materialları məhkəməyə təqdim ediblər. Eyni zamanda, Semonyak saxlanılan şəxsin Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmək niyyətini göstərən konkret sübut təqdim etməyib.