Qətərə atılan 10 raketdən 9-u vurulub.
"Unikal" xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb. Qeyd edilib ki, raketlərdən biri bazanın içərisindəki açıq yerə düşüb. Qətər Müdafiə Nazirliyinin məlumatına görə, hücum nəticəsində ölən və yaralanan yoxdur.
Xatırladaq ki, İran silahlı qüvvələri ABŞ-nin Qətərdəki Əl-Udeyd bazasına qarşı hərbi əməliyyata başlayıb. Əməliyyat “Qələbə xəbərləri” adlanır.