İstanbul mərkəzli Fətullahçı Terror Təşkilatının (FETÖ) polis qüvvələrinin tərkibindəki gizli strukturuna qarşı 14 vilayətdə əməliyyat keçirilib.
"Unikal" xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu məlumat yayıb.
Bildirilir ki, hüquq-mühafizə orqanları İstanbul, Ankara, Aydın, Antalya, Balıkesir, Batman, Ərzincan, Qaziantep, İzmir, Kahramanmaraş, Mardin, Muğla, Samsun və Sivasda eyni vaxtda əməliyyat keçirib.
İstintaq çərçivəsində 13-ü fəal polis olmaqla 21 şübhəli saxlanılıb. Şübhəlilərin polis bölməsində əməliyyatları davam etdirilir.
Gülayə Mecid