Ermənistanın indiki hakimiyyəti ölkənin siyasi arenasını sirkə çevirib.

"Unikal" xəbər verir ki, bunu “Tashir Group” şirkətinin sahibi Samvel Karapetyan "Telegram" kanalında yazıb. 

Karapetyan iyunun 18-nə keçən gecə İrəvanda saxlanılıb. Bundan əvvəl o, Ermənistanın baş naziri Nikol Paşinyanın narazılığına səbəb olan Ermənistan hakimiyyətinin hücumlarından sonra Erməni Apostol Kilsəsini dəstəkləyib.

Ona qarşı iş açılıb. Karapetyan Ermənistanda hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunur. Məhkəmə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.