ABŞ prezidenti Donald Tramp həm İsrailin, həm də İslam Respublikasının bir neçə saat əvvəl elan etdiyi atəşkəs rejimini pozduğunu açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında yazıb. 

ABŞ lideri əlavə edib ki, heç bir ölkədən razı deyil, xüsusilə də İsraildən narazıdır: "İsrail sazişlə razılaşdıqdan sonra dərhal hücuma keçib".

Tramp daha sonra ​​İsraili İslam Respublikasının mövqelərini bombalamağı dayandırmağa çağırıb və belə bir hücumun atəşkəs rejiminin böyük həcmdə pozulması olacağını bildirib: "İsrail pilotlarını (təyyarələrini) indi öz ölkələrinə qaytarmalıdır". 

O, həmçinin İranın nüvə imkanlarının məhv edildiyini bəyan edib.

Daha sonra məlum olub ki, Trampın İsrailin baş naziri Benyamin Netanyahu telefon danışığı aparıb. Danışıqlar İsrail və İran arasında atəşkəs elan edildikdən bir neçə saat sonra olub. Tramp Netanyahuya zəng edərək ondan İrana hücum etməməsini istəyib.

Ağarza Elçinoğlu