İngiltərənin “Mançester Yunayted” komandası uzun illərdir transfer siyasətində yaşanan uğursuzluqlara son qoymaq məqsədilə skaut heyətini kəskin şəkildə ixtisar edib.

"Unikal" “Daily Mirror” nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi daha effektiv nəticə üçün mövcud skaut sistemini ləğv edərək, yeni struktur formalaşdırmağa qərar verib.

Bu prosesin idarəetməsi daha əvvəl “Leyptsiq” və “Çelsi” klublarında çalışmış almaniyalı mütəxəssis Kristofer Vivelə həvalə olunub.

Əvvəlki illərdə "qırmızı-şeytanlar"ın skaut heyətində təxminən 100 nəfər əməkdaş yer alırdı. Son bir il ərzində isə onlarla mütəxəssis klubdan ayrılıb və iki mərhələli ixtisar prosesi həyata keçirilib.

Qeyd edək ki, “Mançester Yunayted” Premyer Liqada 2024/2025-ci illər mövsümünü 15-ci pillədə başa vurub.