Son günlər İslam Respublikasının bir sıra əsgər, zabit və hərbi qulluqçuları işə gəlməyib və əmrləri yerinə yetirməkdən imtina ediblər.
"Unikal" xəbər verir ki, bu barədə İranın "Fərda" xəbər saytı yazıb.
Məlumata görə, bəzi insanlar hətta silahlı qüvvələrin qərargahından qaçaraq sığınacaqlarda gizləniblər.
Qoşunların azalmasına cavab olaraq Silahlı Qüvvələrin Baş Qərargahı müxtəlif bölmələrə hədə-qorxu gələn əmrlər verib: "Hər hansı itaətsizlik və ya fərarilik respublikanın təhlükəsizliyinə ciddi zərbə vurur və düşmənə kömək etmək və ya şəxsi səbəblərdən asılı olmayaraq, dövlətə xəyanət hesab olunur".
Baş Qərargahın məmurları Bəsicləri və təhlükəsizlik qüvvələrini itaət etmədikləri və ya qaçdıqları təqdirdə öldürəcəkləri ilə hədələyiblər.
Ağarza Elçinoğlu