“Sabah” komandası Namik Ələskərovla yollarını ayırıb.
Klubdan "Unikal"a verilən məlumata görə, yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
N.Ələskərov 2022-ci ildən “Sabah”ın uğurları üçün çalışırdı. Futbolçu bu komandanın heyətində 83 oyun keçirib. O, Bakı klubu ilə Premyer Liqanın gümüş medallarını qazanıb və Azərbaycan Kubokunun qalibi olub.