ABŞ prezidenti Donald Tramp Truth sosial şəbəkəsində NATO-nun baş katibi Mark Ruttenin şəxsi mesajını yayıb.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Orada Rutte Trampa amerikalı liderin daha bir böyük uğur qazanması haqqında sözlərlə müraciət edir.

Bu asan deyildi, lakin biz nail olduq ki, onların hamısı üçün imza atdılar. Donald, siz bizi Amerika, Avropa və bütün dünya üçün çox, çox vacib bir məqama gətirdiniz. Son onilliklərdə heç bir Amerika prezidentinin edə bilmədiyi şeyə siz nail olacaqsınız. Avropa lazım olduğu kimi yüksək qiymət ödəyəcək və bu sizin qələbəniz olacaq”, - baş katib yazıb.

O, həmçinin Trampı İran ətrafındakı vəziyyəti həll etmək üçün etdiyi hərəkətlərə görə tərifləyib.