Ermənistanparlamentinin hakim “Mülki müqavilə” fraksiyasından olan deputatı Xaçatur Sukiasyanın Rusiya Federasiyasına girişinə qadağa qoyulub.

"Unikal" xəbər verir ki, səbəblər göstərilməsə də, deputata qadağanın “Alrosa” şirkətindən brilyantların oğurlanması və onların Sukiasyana bağlı şirkətə çatdırılması barədə xəbərlər fonunda qoyulduğu qeyd edilir.