İsraildə İranın hücumları nəticəsində 28 nəfər ölüb, 1472 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman bildirib.

"Müharibə başlayandan indiyədək İsrail ərazisinə 550-yə yaxın raket atılıb. 1000-dən çox pilotsuz uçuş aparatı (PUA) buraxılıb. İsrail Vergi İdarəsi dəymiş ziyanla bağlı 38,700 iddia qəbul edib. 15 500-dən çox insan evlərini itirib”, - Gendelman qeyd edib.