İranın Urmiya şəhərində İsrail kəşfiyyat xidməti "Mossad"ın üç agenti edam edilib.

"Unikal" xəbər verir ki,  bu barədə İran mediası yazır. 

"Onlar ölkəyə qaçaqmalçılıq yolu ilə qətl avadanlığı gətiriblər", - məlumatda qeyd olunub. 

Xatırladaq ki, İsrailin İrana hücumlarının ilk günlərindən yerli KİV-lər İsrail kəşfiyyatı ilə əlaqəsi olan şəxslərin tutulması ilə bağlı xəbərlər yaymağa başlayıb.

Gülayə Mecid