İran nüvə proqramından əl çəkməyəcək.
"Unikal" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
Onun sözlərinə görə, İsraillə 12 günlük müharibədən sonra Tehran daha qətiyyətli olub: "Biz bu texnologiyalara həddən artıq sərmayə qoymuşuq. Alimlər öldü, insanlar sanksiyalara dözdü, bizi müharibəyə məcbur etdilər. İranda heç kim bu proqramdan əl çəkməyəcək. O, həmişə MAQATE-nin nəzarətində olub".
Ağarza Elçinoğlu