Vətəndaşlar sabiq deputat Əsabil Qasımova məxsus olduğu bildirilən "Vialon" MMC tikinti şirkətindən şikayət ediblər.

"Unikal"a müraciət edən vətəndaş Bədəlova İranə Etibar qızı bildirib ki, "Vialon" MMC Bakı şəhəri, Nəsimi rayonu R.Rza küçəsində yerləşən 137 saylı evi məhkəmə qərarı olmadan sökmək istəyir:

"Evdə heç bir payı olmayan Elman Hacıbabayev "Vialon" MMC-nin rəhbəri Ramil Qasımovla əlbir olaraq evi sökdürməyə çalışır. Elman şirkəti əmin edib ki, apellyasiya məhkəməsinə şikayət edəcək və evin çıxarışı ləğv olunacaq. Şirkət də evin dəyərindən daha aşağı olan məbləği Elmana verəcək. Artıq iş Bakı Apellyasiya Məhkəməsində icraata götürülüb.

Evin digər pay sahibləri ilə birlikdə ötən gün "Vialon" MMC-nin rəhbəri Ramil Qasımovla görüşdük. Problem isə hələ də həll olunmayıb. Bizə heç bir ödəniş edilməyib. Ətraf ərazilər artıq sökülüb. Bizim evi də sökmək istəyirlər", - deyə şikayətçi qeyd edib.

Murad İbrahimli