"Hücumdan əvvəl və sonrakı şəkillərə baxanda görünür ki, yerdəki hər şey tamamilə yanıb. Hücumun alovu yerin altında olub". 

"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp NATO-nun Haaqa sammitində deyib. 

O əlavə edib ki, çətin və təhlükəli olduğu üçün İranın yeraltı qurğudan nəyisə çıxarmaq imkanı yoxdur.

Tramp həmçinin İranın uranın zənginləşdirilməsi proqramı ilə bağlı sualı cavablandırarkən deyib: "Biz bunun hərbi yolla həyata keçirilməsinə icazə verməyəcəyik. Mən inanıram ki, nüvə obyektləri tamamilə məhv olub və İranın nüvə proqramını onilliklərlə geriyə salıb.

ABŞ-nin İrana hücumu müharibəni bitirdi".

İran nüvə proqramını və uranın zənginləşdirilməsini bərpa edərsə, ABŞ yenidən hücuma keçəcəkmi sualına o, belə cavab verib: "Tamamilə".

Ağarza Elçinoğlu