“Neftçi” komandası daha iki futbolçunu transfer edib.
"Unikal" xəbər verir ki, Murad Xaçayev və Elvin Bədəlov heyətə cəlb olunub.
Xaçayevlə 2 illik müqavilə bağlanıb. Donetsk “Şaxtyor”unun yetirməsi olan 27 yaşlı müdafiəçinin sonuncu klubu “Sumqayıt” (2019-2025) olub. Murad milli komandanın heyətində 1 oyun keçirib.
Bədəlov isə 2 illik sözləşməyə imza atıb. Rusiyanın “Zenit” (Sankt-Peterburq) klubunun yetirməsi olan 30 yaşlı müdafiəçi 2014-2017-ci illərdə “Neftçi”nin şərəfini qoruyub. O, millidə 10 oyun keçirib.
Qeyd edək ki, hər iki futbolçu “Sumqayıt”da hazırda “Neftçi”nin baş məşqçisi olan Samir Abasovun rəhbərliyi altında çıxış edib.