Azərbaycan millisinin hücumçusu Mahir Emreli yeni komandası “Kayzerslauter”in (Almaniya) heyətində ilk matçına çıxıb.
"Unikal" xəbər verir ki, 27 yaşlı futbolçu Lüksemburqun “Saar” klubuna qarşı yoxlama oyununun iştirakçısı olub.
Emreli əsas heyətdə yer alıb və ilk 45 dəqiqədə meydanda olub. İkinci hissədə isə komandanın heyəti tamamilə dəyişib. Emreli ilk hissəsi 6:0 hesabı ilə yekunlaşan matçda komandasının 5-ci qolunu vurub.
Qeyd edək ki, matç 19:0 hesabı ilə “Kayzerslauter”in xeyrinə başa çatıb.