İyunun 28-də saat 20 radələrində Kürdəmir rayonunun Şilyan kəndində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Unikal"a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Araşdırmalarla 1986-cı il təvəllüdlü Elşən Abdulovun Kürdəmir rayonunun Şilyan kəndində yerləşən yaşadığı evdə 1990-cı il təvəllüdlü Samirə Abdulovanı bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Elşən Abbasov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

XXX

00:38

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb.

1986-cı il təvəllüdlü Elşən Abdulov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Samirə Abdulovanı bıçaqlayaraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.