Türkiyənin "Fənərbağça" komandası yeni mövsümün ilk transferini reallaşdırmağa yaxındır.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, İstanbul təmsilçisi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Con Duranla anlaşıb.

Tərəflər arasında danışıqların müsbət yekunlaşdığı və kolumbiyalı forvardın tezliklə İstanbula gələcəyi bildirilib.

Qeyd edək ki, Con Duran "Əl-Nəsr"in heyətində ötən mövsüm 18 matçda 12 qolla yadda qalıb. Kolumbiya millisinin üzvü olan Con Duran Səudiyyə klubuna bu ilin yanvarında İngiltərənin “Aston Villa” komandasından keçib.