Türkiyənin “Beşiktaş” komandasında ayrılıq reallaşıb.
"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi konqolu müdafiəçi Artur Masuaku ilə vidalaşıb.
31 yaşlı oyunçu ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
Qeyd edək ki, Artur Masuaku 2022-ci ildən “Beşiktaş”da çıxış edirdi.