Yekaterinburqda vəhşicəsinə döyülmə nəticəsində dünyasını dəyişən azərbaycanlılar - Ziyəddin və Hüseyn Səfərov qardaşlarının meyitləti “Ural Airlines” aviaşirkətinə məxsus reyslə Bakıya gətirilib.
"Unikal" xəbər verir ki, mərhumlaırn nəşləri qohumlarının müşayiəti ilə avtomobillərə qoyulub. Meyitlərin bu gün yenidən tibbi ekspertizaya göndərilməsi nəzərdə tutulur.
*** 20:30
İyunun 27-də Yekaterinburqda vəhşicəsinə döyülmə nəticəsində dünyasını dəyişən azərbaycanlılar - Ziyəddin və Hüseyn Səfərov qardaşlarının meyitləti “Ural Airlines” aviaşirkətinə məxsus reyslə Bakıya gətirilib.
"Unikal" xəbər verir ki, meyitlərin bu gün yenidən tibbi ekspertizaya göndərilməsi nəzərdə tutulur.
Qeyd edək ki, meyitlərin təhvil verilməsi prosesinə iyunun 30-da səhər saatlarında başlanılıb.
** 20:03
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Yekaterinburq şəhərində amansızcasına qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi Azərbaycana gətirilir.
"Unikal"ın Modern.az-a istinadən məlumatına görə, cənazələri daşıyan təyyarə tezliklə Bakıya enəcək.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında OMON-çular Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı azərbaycanlı Səfərov qardaşları öldürülüb, bir neçə nəfər saxlanılıb.
Öldürülən azərbaycanlılar tanınmış jurnalist, ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşlarıdır.
*** 14:30
Rusiyanın Yekaterinburq şəhərində vəhşicəsinə döyülərək öldürülən azərbaycanlı qardaşlar - Ziyəddin və Hüseyn Səfərovların nəşi qohumlarına təhvil verilib.
"Unikal" xəbər verir ki, bu barədə REAL TV məlumat yayıb.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.