Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli iyulun 11-də, saat 10:00-da Lerik rayon Mədəniyyət Mərkəzində (ünvan: Lerik şəhəri, Arzuman Əsədullayev küçəsi, 22 ) Lənkəran şəhəri, Lerik, Astara, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşların müraciətini dinləyəcək.

Bu barədə "Unikal"a Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar iyulun 7-dək nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.