Azərbaycanı avrokuboklarda təmsil edəcək "Qarabağ" və "Zirə" komandaları bu gün yoxlama oyunu keçiriblər.
"Unikal" xəbər verir ki, fasilədən sonra baş tutacaq qarşılaşma "Azərsun Arena"da təşkil olunub.
Oyun çempionun üstünlüyü ilə keçib. "Qarabağ" rəqibinin qapısından 4 cavabsız top keçirib. Qarşılaşmada hesab avtopqalla açılıb. Komandanın digər qollarını Emmanuel Addai, Aleksey Kaşuk və Musa Qurbanlı vurublar.