İspaniya millisinin sabiq futbolçusu Sesar Aspilikueta “Atletiko”dan ayrılıb.

"Unikal" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Madrid təmsilçisi 35 yaşlı müdafiəçi ilə başa çatan müqavilənin müddətini uzatmayıb.

Qeyd edək ki, Sesar Aspilikueta 2023-cü ildən "Atletiko"da çıxış edirdi. Futbolçu bu komandanın heyətində 54 oyun keçirib.

Karyerasının böyük hissəsini “Çelsi”də keçirən müdafiəçi London klubu ilə iki dəfə İngiltərə çempionu, bir dəfə UEFA Çempionlar Liqasının, iki dəfə isə Avropa Liqasının qalibi olub.