Xəbər verildiyi kimi, Şəmkir rayonunun Qədimqala kəndində 3 nəfərin göldə batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.
FHN-dən "Unikal"a verilən məlumata görə, axtarışlar nəticəsində göldə batmış 2016-cı il təvəllüdlü Nadirli Fərdi Teymurxan oğlu, 2018-ci il təvəllüdlü Nadirli Rəvan Teymurxan oğlu və 2021-ci il təvəllüdlü Nadirli İsmayıl Nəriman oğlunun meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, xüsusilə valideynlərə müraciət edərək, uşaq və yeniyetmələrin nəzarətsiz qoyulmamasına, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə və çimərlik kimi nəzərdə tutulmayan kanal, arx, göl və digər su hövzələrindən istifadə olunmamasına çağırır.
*** 19:21
Şəmkirdə çayda batan 3 azyaşlının meyiti tapılıb.
"Unikal"ın məlumatına görə, çaydan meyiti aşkarlananlar - 2018-ci il təvəllüdlü Rəvan Nadirli, 2016-cı il təvəllüdlü Fərdi Nadirli və 2021-ci il təvəllüdlü İsmayıl Nadirlidir.
*** 18:33
Şəmkirdə çayda boğulan 3 nəfərin şəxsiyyəti məlum olub.
"Unikal" xəbər verir ki, boğulanlar iki qardaş - Qədimqala kənd sakinləri 2016-cı il təvəllüdlü Nadirli Fərdi və 2018-ci il təvəllüdlü Nadirli Rəvan, 2021-ci il təvəllüdlü Nadirli İsmayıldır.
*** 18:04
Şəmkir çayında 3 nəfər batıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Qədim Qala kəndi ərazisində qeydə alınıb. Belə ki, çayda 3 nəfər batıb.
Hazırda əraziyə FHN əməkdaşları cəlb olunub.
Tural Əhmədov