Xəbər verdiyimiz kimi, Daşkəsəndə 21 yaşlı oğlan bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, gənc oğlan xəstəxanada əməliyyat zamanı dünyasını dəyişib.

***

22:42

Daşkəsəndə bıçaqlanma olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Xoşbulaq kəndi ərazisində baş verib.

Belə ki, 2004-cü il təvəllüdlü İ.Məmmədov kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Gənc oğlana yardım edilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Onun hansı şəraitdə bıçaqlanması məlum deyil.

Fakt araşdırılır.

Tural Əhmədov