Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İmişli rayonu, Xəlfəli kəndində ot tayasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

FHN-dən "Unikal"a verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.