ABŞ-da Arizonadan olan Renna O'Rourke "Dusting" adlı təhlükəli sosial şəbəkə trendində iştirak edərək həyatından olub.
"Unikal" "Bild" nəşrinə istinadən xəbər verir ki, o, "like" toplamaq xətrinə ondan əvvəl bir çox yeniyetmənin etdiyini edib: narkotik sərxoşluğu vəziyyətini yaşamaq üçün kimyəvi buxarları udub.
Bunun üçün o, qoxusuz və buna görə də zərərsiz görünən klaviatura təmizləyicisindən istifadə edib. Lakin 19 yaşlı qızın ürəyi dayanıb, bundan sonra o, xəstəxanaya aparılıb. Həkimlər onun beyninin öldüyünü elan edənə qədər o, bir həftə reanimasiyada huşsuz vəziyyətdə qalıb.
Qeyd edək ki, "Dusting" aerozol boyaları, dırnaq lakı təmizləyicisi və digər təmizləyici məhsulların tənəffüs edilməsi təcrübəsidir. Bu zaman yüksək eyforiya hissi yaranır. Ancaq bunun ölümcül nəticələri ola bilər.