Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri və prezidentin iqtisadi siyasət idarə heyətinin üzvü Yiğit Bulut xərçəng xəstəliyindən müalicə olunur.
"Unikal" xəbər verir ki, xəstəxanaya yerləşdirilən Bulutun vəziyyətinin ağır olduğu bildirir.
Məlumata görə, Ərdoğan və səhiyyə naziri Kamal Memişoğlu Bulutu xəstəxanada ziyarət edib. Baş müşavirin vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Gülayə Mecid