Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

"Unikal"ın məlumatına görə, sərəncamla Məmmədov İlham Nəriman oğlu və Mərdəliyev Seymur Qurban oğluna birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.

İlham Məmmədov 2021-ci ildən Azərbaycanın Əfqanıstanda fövqəladə və səlahiyyətli səfiri kimi çalışır.

Seymur Mərdəliyev isə 2023-cü ildən etibarən Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiridir.