Xüsusilə irimiqyaslı mənimsəmə ittihamı ilə həbs edilən Kursk Vilayət Dumasının keçmiş deputatı Maksim Vasilievin vəkili, müvəkkilinin Rusiyanın keçmiş nəqliyyat naziri və keçmiş vilayət qubernatoru Roman Starovoytun əleyhinə ifadə verməsi ilə bağlı xəbərləri təkzib edib.

"Unikal" xəbər verir ki,  bu barədə TASS məlumat yayıb. 

"Müvəkkilimiz Vasilievin Starovoyt ilə bağlı hər hansı ifadə verməsi barədə məlumat yalandır və reallığa uyğun gəlmir", - vəkil Yelena Yarlykova agentliyə bildirib.

Onun sözlərinə görə, Vasiliev əvvəllər yalnız ona qarşı irəli sürülən ittihamlarla bağlı ifadə verib; bunlar Starovoyta aid deyil. 

Qeyd edək ki, mediada eks-nazirin intiharının səbəbinin Vasilievin, eləcə də Kursk vilayətinin keçmiş qubernatoru Smirnovun ona qarşı ifadəsinin olması ilə bağlı məlumatlar olduğu bildirilmişdi.  

İyunun 8-də Rusiya Nəqliyyat Nazirliyinin keçmiş rəhbəri və Kursk vilayətinin qubernatoru Roman Starovoyt Moskva vilayətində ölü tapılıb. Onun meyiti avtomobilində aşkarlanıb. 

Rusiya İstintaq Komitəsi nazirin intihar etdiyini bildirib.  İyulun 7-də səhər saatlarında Rusiya lideri Vladimir Putin Starovoytun Nəqliyyat Nazirliyinin rəhbəri vəzifəsindən kənarlaşdırılması haqqında sərəncam imzalayıb. İstefanın səbəbləri açıqlanmayıb, lakin tezliklə məmurun Kursk vilayətində əvvəlki işi ilə bağlı ciddi ittihamlarla üzləşdiyi versiyası ortaya çıxıb.

Gülayə Mecid