Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatı dəstəyi ilə şəhid övladları üçün “Yay məktəbi” təşkil olunub.

"Unikal" xəbər verir ki, dörd gün davam edəcək yay məktəbinin ilk günu şəhid övladları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və pariya fəalları ilə birlikdə şəhər Şəhidlər Xiyabanına gediblər. Onlar ölkəmizin azadlığı uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzüblər, həmçinin “Əbədi məşəl” abidəsini ziyarət edib, xatirə şəkilləri çəkdiriblər.

Sonra şəhid övladları YAP Gəncə şəhər təşkilatının qərargahında YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanovla səmimi söhbət ediblər.
Söhbət zamanı Bayram Aslanov bildirib ki, Vətən uğrunda şəhid olanlar heç vaxt unudulmur, onların xatirələri əziz tutulur, adları əbədiləşdirilir. Şəhid ailələri ölkə rəhbərliyinin, Ali Baş Komdandanımız, cənab Prezidentimiz İlham Əliyevin daimi diqqət və qayğısı ilə əhatə olunublar. Onların qəhrəman valideynləri 44 günlük haqq savaşında göstərdikləri dözüm və təmkin hər zaman gənc nəslə örnəg olub.

Uşaqlar valideynlərunun şəhidlikləri ilə qürur duyduqlarını fəxrlə dilə gətiriblər.

Dörd günlük şəhid övladları üçün “Yay məktəbi”nin proqramı müddətində şəhid övladları şəhər Heydər Əliyev Mərkəzində də olacaq, Ulu Öndərin abidəsini ziyarət edəcək, Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən foto, şəxsi əşyalarla tanış olacaqlar. Üçüncü gün uşaqlar Gəncə "İmamzadə ziyarətgah" kompleksini ziyarət edəcəklər.

Sonuncü gün isə şəhid övladları Göygöl Dövlət Təbiət Qoruğuna, Göygöl rayonu ərazisində yerləşən “Xan yurdu” yaylaq düşərgəsinə ekskursiya edəcəklər.

Qeyd edək ki, “Yay məktəbi”nin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, onların vaxtlarını səmərəli keçirmələrinə dəstək olmaqdır.