İyulun 11-də Astara rayonunun 4 yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Astara rayonu ərazisində yerləşən “Ərçivan” qaz paylayıcı stansiyasından qidalanan və Səncərədi-Alaşa kəndlərini təbii qazla təmin edən, uzunluğu 2 100 metr olan orta təzyiqli qaz kəmərinin kipliyə sınağı keçiriləcək.
Bu məqsədlə iyulun 11-də saat 10:00-dan başlayaraq işlər başa çatanadək Səncərədi, Alaşa, Züngüləş və Bəndəsər kəndləri də daxil olmaqla ümumilikdə 4 yaşayış məntəqəsində 650 abonentin qaz təchizatının müvəqqəti olaraq dayandırılması planlaşdırılır.