İyulun 9-da Ermənistanın müdafiə naziri Suren Papikyan İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, briqada generalı Əziz Nəsirzadə ilə telefon danışığı aparıb.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı nazirlər beynəlxalq və regional təhlükəsizlik, eləcə də ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Hər iki tərəf regionda sabitliyin və sülhün möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Ağarza Elçinoğlu